Nokia C3 01 Gold Edition - Dəstək

background image

Abunəni dayandır

seçin.

Yuxarıda təsvir olunmuş xidməti təmin etmək üçün mobil telefon nömrəniz, cihazınızın

seriya nömrəsi və mobil abunəliyin bəzi identifikatorları cihazdan ilk dəfə istifadə

etdiyinizdə Nokia-ya göndərilir. Məlumatların bəziləri və ya hamısı proqram təminatını

yeniləyərkən də Nokia-ya göndərilə bilər. Bu məlumatlardan aşağıdakı ünvandakı

məxfilik siyasətində göstərilən qaydada istifadə oluna bilər. www.ovi.com.

Cihazınızdan istifadə edərək cihazınızın proqram təminatını yeniləmək
Cihazınızın göstəricilərini yaxşılaşdırmaq, proqram yeniləmələrini və yeni əla

xüsusiyyətləri əldə etmək istəyirsiniz? Cihazınızdan maksimumu almaq üçün proqram

təminatını mütəmadi olaraq yeniləyin. Siz cihazınızı həmçinin yeniləmələri avtomatik

yoxlanılması üçün qura bilərsiniz.

Xəbərdarlıq:

Əgər Siz yeniləşdirmə proqramını yükləsəniz, yükləmə prosesi bitənə qədər və cihaz

yenidən işə düşənə qədər cihazdan istifadə edə bilməyəcəksiniz və hətta təcili yardım

zənglərini də etmək mümkün olmayacaq.

Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat trafiki qiymətlərinə təsir edə

biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.

Yeniləməyə başlamazdan əvvəl adapteri qoşun və ya batareyanın kifayət qədər dolu

olduğuna əmin olun.